- 11:59
Almaniya PURL təşəbbüsü (Avropa ölkələrinin Ukrayna üçün ABŞ silahları alması) çərçivəsində Kiyev üçün silahların alınmasına əlavə 200 milyon dollar ayıracaq.
E-huquq.az xəbər verir ki, bunu Almaniyanın xarici işlər naziri Yohann Vadeful deyib.
Bundan əlavə, Almaniya NATO-nun Ukrayna fonduna 25 milyon avro köçürəcək.
Nazir Rusiyaya təzyiqləri artırmaq niyyətində olduğunu da açıqlayıb.
Humay Eminqızı