- 11:33
Pekin BMT Nizamnaməsini və dövlətlərin suverenliyini pozan istənilən hərəkətə qarşı çıxır və Latın Amerikası ölkələrinin daxili işlərinə xarici qüvvələrin müdaxiləsini pisləyir.
E-huquq.az xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Lin Tsyan bildirib.
“Çin tərəfi bütün münaqişə tərəflərini BMT Nizamnaməsinə əməl etməyə və gərginliyin daha da artmasına səbəb olan hərəkətlərdən çəkinməyə çağırır”, - rəsmi nümayəndə bildirib.
Qeyd edək ki, 29 noyabrda ABŞ prezidenti Donald Tramp “Truth Social” sosial şəbəkəsində Venesuela üzərindəki hava məkanının bağlandığını elan edib.
ABŞ KİV dəfələrlə xəbər verib ki, yaxın vaxtlarda Amerika Birləşmiş Ştatları Bolivar Respublikasının ərazisinə zərbələr endirməyə başlaya bilər.
27 noyabrda Tramp bəyan edib ki, Vaşinqton çox tezliklə quru üzərindən Venesueladan gələn narkotrafiklə mübarizəyə başlayacaq, lakin mümkün hərbi əməliyyatlar barədə ətraflı məlumat verməyib.
Humay Eminqızı