Tailandda daşqınlar nəticəsində ölənlərin sayı 267 nəfərə çatıb


  • 14:30

Tailandın cənubunda daşqınlar nəticəsində ölənlərin sayı 267 nəfərə çatıb.

E-huquq.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinə istinadən “Thai PBS” telekanalı məlumat yayıb.

Məlumata görə, ən çox ölüm halları 142 nəfər olmaqla Sonqxla əyalətində, demək olar ki, 160,000 əhalisi olan Hat Yai şəhərində aşkar edilmişdir.

Qeyd edək ki, 24 noyabr tarixində Sonqkhla əyalətinin hakimiyyəti su səviyyəsinin sürətlə qalxması ilə əlaqədar Hat Yai şəhərinin əhalisinin dərhal təxliyə edildiyini elan edib.

Ümumilikdə Tailandın cənubunda baş verən daşqın təxminən 2 milyon nəfərə təsir göstərib.

1,8 mindən çox turist xilas edilib və onlara zəruri yardım göstərilib.

Humay Eminqızı

Oxşar xəbərlər