Evdə qaz sobası partladı, 4 nəfər yaralandı


  • 15:45

Türkiyənin Şanlıurfa şəhərində mənzildə partlayış baş verib.

E-huquq.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, Şanlıurfanın Haliliye rayonunda yerləşən üçmərtəbəli binanın birinci mərtəbəsindəki mənzildə qaz sobası partlayıb.

Partlayış zamanı 4 nəfər yaralanıb, evin divarı uçub.

Ünvana xilasedicilər, yanğınsöndürənlər və polis göndərilib.

Xəsarət alan 4 nəfər şəhərdəki xəstəxanalara çatdırılıb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər