- 16:29
Türkiyənin 5 vilayətində FETÖ terror təşkilatına qarşı növbəti dəfə əməliyyat keçirilib.
E-huquq.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, Ədirnə Şəhər Prokurorluğunun apardığı istintaq çərçivəsində Ədirnə, İstanbul, Bursa, Biləcik və Çanaqqalada terror təşkilatına qarşı əməliyyat keçirilib.
Əməliyyatlar zamanı silahlı terror təşkilatına üzv olmaqda şübhəli bilinən 12 nəfər saxlanılıb.
Şübhəlilərin ünvanlarında aparılan axtarışlar zamanı rəqəmsal materiallar ələ keçirilib.
Şəbnəm Mehdizadə