Dehlidə hava çirkliliyi 200 mindən çox insanın xəstələnməsinə səbəb olub


  • 16:03

Hindistanın paytaxtı Dehlidə 2022-2024-cü illər ərzində 200 mindən çox insan kəskin respirator xəstəliyinə yoluxub.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Səhiyyə və Ailə Rifahı Nazirliyi və Hindistan Tibbi Tədqiqatlar Şurası (ICMR) məlumat yayıb.

Belə ki, şəhər yerlərində artan hava çirkliliyi ilə tənəffüs xəstəlikləri arasında əlaqəni araşdırılıb.

Nazirlik rəsmiləri kəskin respirator infeksiya halları ilə havanın çirklənməsi səviyyələri arasında birbaşa əlaqənin olduğunu bildiriblər.

Açıqlamada qeyd olunub ki, 2022-2024-cü illər arasında 200 mindən çox insan kəskin respirator infeksiyalarla Dehlinin altı dövlət xəstəxanasına müraciət edib. Bildirilib ki, 2022-ci ildə Dehlinin altı əsas xəstəxanasında 67 054, 2023-cü ildə 69 293, 2024-cü ildə isə 68 411 yoluxma halı qeydə alınıb.

Açıqlamada xəstələrin sayının kəskin artacağı vurğulanır.

Həmçinin qeyd olunub ki, 2022-2025-ci illər arasında əsas şəhərlərdə, xüsusilə Dehlidə astma, KOAH və ağciyər infeksiyaları ilə bağlı ambulator müalicə və xəstəxanaya yerləşdirilmə halları müşahidə olunub.

Bu vəziyyət bölgədə ciddi problemə çevrilən havanın çirklənməsi böhranının sağlamlığa vurduğu zərəri bir daha ortaya qoyub.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər