- 17:06
Yaponiyanın 9 şirkəti bu il ödədikləri əlavə tariflərin tam geri qaytarılmasını tələb edərək ABŞ hökumətinə qarşı məhkəmədə iddia qaldırıb.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, şirkətlər ABŞ prezidenti Donald Tramp administrasiyasının Konqresin icazəsi olmadan tətbiq etdiyi tariflərin qanunsuz olduğunu iddia edərək Nyu-Yorkdakı ABŞ Beynəlxalq Ticarət Məhkəməsində iddia qaldırıb.
Bu il ödədikləri əlavə tariflərin tam şəkildə geri qaytarılmasını istəyən şirkətlərin qaldırdıqları iddialar, Ali Məhkəmənin tarifləri qeyri-qanuni qərar verəcəyi təqdirdə etibarlı olacaq.
Şəbnəm Mehdizadə