- 17:06
ABŞ-də bazar günü baş verən günəş partlayışından sonra geomaqnit qasırğası barədə əhaliyə xəbərdarlıq edilib.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə məlumat ABŞ Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsi (NASA) internet saytında yer alır.
Məlumatda noyabrın 30-da güclü günəş partlayışının baş verdiyi və bu partlayışın radio siqnallarına, elektrik şəbəkələrinə və naviqasiya siqnallarına təsir göstərə biləcəyi qeyd olunur.
Partlayışın təsirləri səbəbindən sabah mülayim geomaqnit qasırğaları baş verə biləcəyi barədə əhaliyə xəbərdarlıq edilib.
Şəbnəm Mehdizadə