BMT rəsmisi: "Afrikada terror aktları və hücumlar kəskin artıb"


  • 16:52

Afrikada terror aktları və hücumlar son iki ildə 250 faiz artıb.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə BMT-nin qanunun aliliyi və təhlükəsizlik məsələləri üzrə Baş katibinin köməkçisi Aleksandr Zuyev məlumat verib.

O, bu barədə Afrikada terror qurbanlarına dair Rabatda keçirilən ilk beynəlxalq konfransda çıxışında məlumat verib.

BMT rəsmisi qeyd edib ki, Afrika terrorizmin mərkəzinə çevrilib və yerli əhali bu qlobal təhlükənin əsas qurbanlarıdır.

Zuyev bildirib ki, xüsusilə Qərbi Afrika və Sahel bölgəsində milyonlarla insan evlərini tərk etməli olub.

O, terrorizmə qarşı birgə səylərin mərkəzinə qurbanların və sağ qalanların ehtiyaclarını yerləşdirməyə dair çağırış edib.

Terrorun Afrikadakı humanitar vəziyyətə təsirini vurğulamaq və bütün qitədə dəstək və həll mexanizmlərini gücləndirmək məqsədi ilə keçirilən konfransda regiondan və beynəlxalq ictimaiyyətdən nümayəndələr, ekspertlər və tədqiqatçılar iştirak edirlər.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər