- 16:52
Türkiyənin İstanbul şəhərində qəribə oğurluq hadisəsi baş verib.
E-huquq.az "Hukukihaber.net"ə istinadən xəbər verir ki, İstanbulun Büyükçekmece Ədliyyəsində çalışan məmur Erdal T. məhkəmənin seyfindən 50 kiloqram gümüş və 25 kiloqram qızılı oğurlayıb.
Onun 19 noyabrda ailəsi ilə birlikdə İngiltərəyə qaçdığı məlum olub.
Lakin oğurluq hadisəsi yalnız bu günlərdə aşkarlanıb.
Belə ki, prokurorluq əməkdaşları seyflərin açılması zamanı qiymətli əşyaların yoxa çıxdığını müəyyən edib.
Şübhəli şəxs barəsində həbs qərarı verilib.
Hadisə ilə bağlı istintaq davam edir.
Şəbnəm Mehdizadə