- 10:37
Türkiyənin Muğla şəhərində saxta spirt istehlakı nəticəsində yaranan ölüm hallarının qarşısının alınması üçün növbəti əməliyyat həyata keçirilib.
E-huquq.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, Muğlanın Marmaris rayonunda yerləşən otelin anbarında keçirilən əməliyyat zamanı 104 min 212 şüşə spirt ələ keçirilib.
Əməliyyat zamanı şübhəli bilinən 1 nəfər saxlanılıb.
Hadisə ilə bağlı araşdırma aparılır.
Şəbnəm Mehdizadə