ABŞ-də F-16 qırıcısı qəzaya uğrayıb, pilot yaralanıb


  • 10:14

ABŞ Hərbi Hava Qüvvələrinə məxsus "F-16" qırıcı təyyarəsi Kaliforniyanın cənubunda qəzaya uğrayıb.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, təyyarəTrona hava limanı yaxınlığında qəzaya uğrayıb.

San Bernardino Dairəsi Yanğınsöndürmə İdarəsindən bildirilib ki, qəza zamanı pilot katapult edə bilib və xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Qəzanın səbəbləri ilə bağlı araşdırmalar davam edir.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər