Aİ Rusiyanı qara siyahıya salıb


  • 10:19

Avropa İttifaqı (Aİ) Komissiyası Rusiyanı çirkli pulların yuyulması və terrorizmin maliyyələşdirilməsi ilə mübarizə çərçivəsində strateji çatışmazlıqlara görə yüksək riskli ölkə kimi təsnif edib.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, Aİ Komissiyası Rusiyanın maliyyə cinayətlərinə qarşı beynəlxalq mübarizəni gücləndirmək üçün yüksək riskli yurisdiksiyalar siyahısına əlavə edildiyini açıqlayıb.

Bəyanatda qeyd olunub ki, Aİ Komissiyası ictimai mənbələrdən, üzv dövlətlərin səlahiyyətli orqanlarından və Avropa Xarici Fəaliyyət Xidmətindən (EEAS) toplanan məlumatlar əsasında texniki qiymətləndirmə aparıb. Bu qiymətləndirmə zamanı Rusiyanın yüksək riskli üçüncü ölkə kimi təyin olunma meyarlarına cavab verdiyi qənaətinə gəlinib.

Bəyanatda vurğulanır ki, Rusiya çirkli pulların yuyulması və terrorizmin maliyyələşdirilməsi ilə mübarizə çərçivəsindəki çatışmazlıqlara görə qara siyahıya daxil edilib. Qərara əsasən, maliyyə institutlarından Rusiya ilə bağlı bütün əməliyyatlarda diqqətli olmaq və ehtiyatlılıq öhdəliyinə riayət etmək tələb olunacaq.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər