Yunanıstan İsraildən 692 milyon avroluq reaktiv yaylım atəşi sistemləri alır


  • 11:00

Yunanıstan İsraildən 692 milyon avro dəyərində reaktiv yaylım atəşi sistemləri alacaq.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, Yunanıstan parlamentinin silahlanma üzrə xüsusi komissiyası 692 milyon avro dəyərində İsrail istehsalı olan PULS tipli reaktiv yaylım atəşi sistemlərinin satın alınmasını müzakirə edəcək.

İclasda həmçinin komissiyaya sualtı mina aşkar edən və zərərsizləşdirən maşınların modernləşdirilməsi, MEKO 5 düymlük (127 mm) əsas silahlar və ümumi dəyəri 100 milyon avro olan elektron müharibə proqramı haqqında məlumat veriləcək.

Daha sonra Yunanıstanın müdafiə naziri Nikos Dendiasın satınalmalarla bağlı təqdimatı olacağı gözlənilir.

Parlamentin Baş Assambleyasının təsdiqinə təqdim ediləcək silah alışları Yunanıstanın orta müddətli müdafiə proqramı olan "Axilles Qalxanı"nın bir hissəsi olacaq.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər