- 11:00
ABŞ-nin Nyu-York şəhərində metroda 56 yaşlı sərnişin qəsdən yandırılıb.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Nyu York Polis İdarəsi məlumat yayıb.
Məlumata görə, hadisə dekabrın 1-də, saat 03:05 radələrində baş verib.
Hücumçu Penn metro stansiyasında qatara minərək yatmış sərnişinin şalvarını yandırıb.
Hücum edən şəxs qatardan düşərək qaçıb, zərərçəkmiş isə müalicə üçün xəstəxanaya aparılıb.
Polis təcavüzkarın tapılması üçün ictimaiyyətdən kömək istəyib.
Şəbnəm Mehdizadə