"Rusiya Ukraynaya qoşunlarını Donbasdan çıxarmaq imkanı təklif etdi, lakin Kiyev döyüşmək istəyir"


  • 13:21

"Moskva təklif etdi ki, Kiyev Ukrayna silahlı qüvvələrini Donbassdan çıxarsın, o zaman hərbi qarşıdurma olmayacaq, lakin Ukrayna döyüşə üstünlük verir".

E-huquq.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Hindistana dövlət səfərindən əvvəl “India Today” telekanalına müsahibəsində bildirib.

"Biz Ukraynaya, Ukrayna qoşunlarına dərhal dedik: insanlar sizinlə yaşamaq istəmirlər, onlar referenduma çıxıb müstəqilliyə səs veriblər, qoşunlarınızı çıxarın və heç bir hərbi əməliyyat olmayacaq. Yox, onlar döyüşməyi üstün tutdular. Bax, indi döyüşə-döyüşə bu vəziyyətə gəlinib", - Putin bildirib.

Prezident xatırladıb ki, Rusiya səkkiz il ərzində Donetsk Xalq Respublikası (DNR) və Luqansk Xalq Respublikasının (LNR) müstəqilliyini tanımayıb. “Onlar müstəqilliklərini elan etdilər, biz isə Ukraynanın qalan hissəsi ilə bu respublikalar arasında münasibətləri qurmağa çalışırdıq”, - deyə o izah edib.

"Moskva bunun mümkün olmadığını, respublikaların sadəcə məhv edildiyini başa düşdü və Donbası tanıdı. Üstəlik, təkcə ərazinin bir hissəsini deyil, onları hələ sovet dövründə, daha sonra isə müstəqil Ukrayna dövründə mövcud olduqları inzibati sərhədlər çərçivəsində tanıdığını bildirib" - Putin bildirib.

Humay Eminqızı

Oxşar xəbərlər