Putin: "Rusiya ABŞ-nin sülh planının bəzi bəndləri ilə razılaşmayıb"


  • 13:35

"Amerikalı emissarlar Stiven Uitkoff və Cared Kuşnerlə görüşün 5 saat davam etməsi, onların Ukrayna üzrə gətirdikləri sülh planı üzərində işin çətin olması ilə bağlıdır".

E-huquq.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Hindistana dövlət səfərindən əvvəl "India Today" telekanalına müsahibəsində bildirib.

Putinin sözlərinə görə, hər bir məqam təfərrüatı ilə araşdırılıb.

O qeyd edib ki, konsensus əldə olunmayan məsələlər olub.

Humay Eminqızı

Oxşar xəbərlər