- 13:59
Əvvəllər hazırlanmış Amerika sülh planının 28 bəndi hələ də aktualdır və müzakirə olunmaqda davam edir. Vaşinqton sadəcə olaraq onların dörd ayrı “paketə” bölünməsini təklif etdi.
E-huquq.az xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin Hindistana dövlət səfərindən əvvəl “India Today” telekanalına müsahibəsində bildirib.
“Sadəcə olaraq, onlar bu 28 bəndi, məncə, 27 bəndi 4 paketə bölüblər. Və bizə bu dörd paketi müzakirə etməyi təklif ediblər. Amma mahiyyət etibarilə bu eyni bəndlərdir”, - Putin bildirib.
Humay Eminqızı