- 13:41
Rusiya 2014-cü ildən “yeddilik” formatında fəaliyyət göstərən Səkkizli Qrupa (G8) qayıtmaq niyyətində deyil.
E-huquq.az xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin Hindistana dövlət səfərindən əvvəl “India Today” telekanalına müsahibəsində bildirib.
Putin bildirib ki, hələ 2014-cü ildə Ukrayna hadisələri başlamazdan əvvəl qrupun sammitlərində iştirakını faktiki olaraq dayandırıb.
O, Kremldə ABŞ nümayəndələri Stiven Uitkoff və Cared Kuşnerlə görüşündə G8-ə qayıtmaq məsələsinin qaldırılmadığını da açıqlayıb.
Humay Eminqızı