Şagirdləri daşıyan avtobus aşıb, 14 nəfər yaralanıb


  • 10:39

Türkiyənin Afyonkarahisar şəhərində ağır yol-nəqliyyat hadisəsi baş verib.

E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, Afyonkarahisarın Bolvadin rayonunda şagirdləri daşıyan məktəb avtobusunun pikapla toqquşub.

İlkin məlumata görə, qəza nəticəsində 14 nəfər xəsarət alıb.

Hadisə yerinə təcili tibbi yardım, polis və yanğınsöndürənlər göndərilib.

Yaralılar təcili tibbi yardım maşını ilə xəstəxanalara aparılıb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər