Rusiyada "Snapchat" bağlandı


  • 10:42

Rusiyada "Snapchat" sosial şəbəkəsinə giriş məhdudlaşdırılıb.

E-huquq.az xəbər verir ki, bu barədə Rusiyanın Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi İnformasiya Vasitələrinə Nəzarət Federal Xidməti (“Roskomnadzor”) məlumat yayıb.

Məlumatda tətbiq vasitəsilə cinayətlərin törədildiyi iddia edilib.

""Snapchat ölkədə" terror fəaliyyətlərini təşkil etmək və həyata keçirmək, cinayətkarları cəlb etmək, vətəndaşlarımıza qarşı fırıldaqçılıq və digər cinayətlər törətmək üçün istifadə olunur" - məlumatda qeyd olunur.

Açıqlamada bu səbəbdən proqrama girişin məhdudlaşdırıldığı vurğulanıb.

Qurum eyni səbəbdən bu gün "FaceTime" tətbiqinə də girişi bloklayıb.

Qeyd edək ki, bundan əvvəl ölkədə "Facebook", X, "TikTok", "YouTube" və "Instagram" kimi sosial media platformalarına da giriş bloklanıb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər