Avropalılar ordularının Rusiya ilə münaqişəyə hazır olmadığını düşünür


  • 10:49

Avropalıların 69 faizi öz ölkələrinin Rusiyaya qarşı hərbi münaqişədə kifayət qədər müdafiə qabiliyyətinə malik olmadığına inanır.

E-huquq.az xarixi KİV-ə istinadən xəbər verir ki, Avropa miqyasında keçirilən rəy sorğusunda Avropa İttifaqının doqquz ölkəsindən 9500-dən çox insan iştirak edib.

Sorğunun nəticələri göstərib ki, Ukrayna-Rusiya müharibəsindən sonra Avropada təhlükəsizliklə bağlı təsəvvürlər dəyişib.

İştirakçıların əksəriyyəti hazırkı hərbi imkanların Rusiyanın potensial hücumundan qorunmaq üçün kifayət etməyəcəyi ilə razılaşıb.

Ölkələr üzrə qiymətləndirildikdə, Fransa ordusuna ən yüksək etimad səviyyəsinə malik olduğu müəyyən edilib. Bununla belə, hətta Fransada respondentlərin yalnız 44 faizi ölkələrinin hərbi cəhətdən Rusiya ilə qarşı-qarşıya gəlməyə qadir olduğunu bildirib.

Belçika, İtaliya və Portuqaliya etimad səviyyəsinin aşağı olduğu ölkələr sırasındadır. Bu ölkələrdə respondentlərin 85-87 faizi ordularının Rusiya ilə qarşı-qarşıya gəlmək iqtidarında olmadığını bildirib.

Sorğu Avropa ictimaiyyətinin təkcə hərbi potensiala deyil, həm də ümumi təhlükəsizlik mühitinə dair ciddi narahatlığını ortaya qoyub.

Respondentlərin təxminən yarısı yaxın illərdə Rusiya ilə birbaşa münaqişə ehtimalını “yüksək” və ya “çox yüksək” kimi qiymətləndirib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər