- 11:55
ABŞ-nin "Visa" şirkəti Suriyada ödəniş sistemini istifadəyə vermək üçün bu ölkənin Mərkəzi Bankı ilə razılığa gəlib.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, "Visa" Suriyanın müasir qlobal rəqəmsal iqtisadiyyata sürətlə inteqrasiyasına kömək məqsədilə hazırlanmış strateji yol xəritəsini həyata keçirmək üçün Suriya Mərkəzi Bankı, maliyyə orqanları və qurumları ilə əməkdaşlıq etdiyini açıqlayıb.
Açıqlamada "Visa"nın Suriyada fəaliyyətə başlayacağı və mərhələli rəqəmsallaşma planı vasitəsilə qlobal standartlara əsaslanan gələcəyə davamlı ödəniş ekosisteminin yaradılmasına dəstək verəcəyi vurğulanıb.
Bəyanatda qeyd olunub ki, əsas diqqət lisenziyalı maliyyə institutları ilə əməkdaşlıq yolu ilə möhkəm və təhlükəsiz ödəniş infrastrukturunu inkişaf etdirmək olacaq.
Şəbnəm Mehdizadə