Braziliyanın cənub-şərqində, San-Paulu şəhərində yerləşən “Quarulyus” hava limanında "LATAM Airlines Group" təyyarəsinə məxsus baqaj karuselində yanğın baş verib.
E-huquq.az “Terra” nəşrinə istinadən xəbər verir ki, hadisə cümə axşamı gecə radələrində baş verib.
Yanğın Porto Aleqreyə uçan "A320" təyyarəsinin baqaj bölməsinə əşyaların yüklənməsinə cavabdeh olan şirkətin yerüstü avadanlıqlarında yanğın baş verib.
Yaranan qatı tüstü səbəbindən sərnişinlər təxliyə ediblər.
Aviaşirkət hadisə nəticəsində itki olmadığını, sərnişinlərə lazımi köməklik göstərildiyini qeyd edib.
Humay Eminqızı
