- 11:37
ABŞ-dən Venesuelaya miqrantların geri qəbulu davam etdiriləcək.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Venesuela prezidenti Nikolas Maduro məlumat verib.
"Dünən bir təyyarə 266 vətəndaşlımız ailələrinin yanına gedirlər. Sabah başqa bir təyyarə gələcək və bu proses hər həftə davam edəcək" - deyə prezident bildirib.
Beləliklə, son iki gündə ABŞ-dən Venesuelaya hava yolu ilə geri göndərilən miqrantların sayı 525-ə çatıb.
Qeyd edək ki, Venesuela hökuməti dekabrın 3-də ABŞ hökumətinin tələbi ilə miqrantların repatriasiya uçuşlarının bərpa ediləcəyini açıqlayıb.
Şəbnəm Mehdizadə