- 11:55
Qazaxıstanın Nüvə Fizikası İnstitutu və Rusiyanın "Rosatom" Texnologiya Tikinti şirkəti çoxməqsədli tədqiqat reaktoru və laboratoriyalar kompleksinin inşası layihəsinin birgə hazırlanmasını nəzərdə tutan memorandum imzalayıblar.
E-huquq.az "TASS"a istinadən xəbər verir ki, bu barədə Qazaxıstan Atom Enerjisi Agentliyi məlumat yayıb.
Məlumata görə, iki ölkə, həmçinin respublikada Nüvə Elmi və Texnologiyaları Mərkəzinin yaradılması üzrə əməkdaşlıq sazişləri imzalayıb.
Sənədlər Almatıda nüvə tədqiqat obyektlərinin layihələndirilməsi, tikintisi və istismarına həsr olunmuş seminar zamanı imzalanıb.
Tədbir Qazaxıstan və Rusiyadan olan aparıcı mütəxəssisləri bir araya gətirərək, təcrübə mübadiləsi və gələcək inkişafı müzakirə etmək üçün platforma rolunu oynayıb.
Humay Eminqızı