Latviyada kişilərin sayının azalması yeni xidmət sahəsi yaradıb


  • 16:20

Latviyada kişilərin sayının sürətlə azalması ciddi problmlərə səbəb olub.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, son illər ərzində Latviyada kişilərin sayının əhəmiyyətli dərəcədə azalması diqqətəlayiq sosial transformasiyaya səbəb olub.

Ölkədə kişilər yüksək spirtli içki qəbulu, yol-nəqliyyat və iş yerlərində qəzalar, intihar halları səbəbindən daha gənc yaşda ölür.

Bu vəziyyət subay, gənc qadınların partnyor tapmasını çətinləşdirib və eyni zamanda yeni iş xəttinin yaranmasına səbəb olub.

Kişilərin sayının azalması maraqlı bir sektorun yaranmasına səbəb olub. belə ki, Latviyada kişilər saatlıq ər xidməti. göstərir.

Bu xidmət çərçivəsində qadınlar kiçik təmir və quraşdırma işləri üçün bu xidmətdən istifadə edir.

Kişilər isə evdə kran təmiri, rəf montajı, elektrik işləri kimi xidmətlər göstərir.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər