- 00:03
Rusiyanın Kamçatka diyarında 5 bal gücündə zəlzələ qeydə alınıb.
E-huquq.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Kamçatka filialının telegram kanalında məlumat verilib.
Məlumata görə, zəlzələ Petropavlovsk-Kamçatskidən 179 km aralıda baş verib. Yeraltı təkanların ocağı 18,2 km dərinlikdə yerləşib.