Türkiyənin Antalya şəhərində 4,9 bal gücündə zəlzələ baş verib.
E-huquq.az xəbər verir ki, bu barədə AFAD Məlumat yayıb.
Məlumata görə, zəlzələ Antalyanın Serik rayonunda yerli vaxtla saat 13:21-də qeydə alınıb.
Yeraltı təkanlar ətraf əyalətlərdə də hiss edilib.
Zəlzələ yerin 28,25 kilometr dərinliyində baş verib.
***
Türkiyənin Antalya şəhərinin Konyaaltı rayonunda 4,3 bal gücündə zəlzələ baş verib.
E-huquq.az xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Edilməsi Agentliyi (AFAD) məlumat yayıb.
Məlumata görə, yeraltı təkanlar yerli vaxtla saat 3:31-də qeydə alınıb.
Zəlzələnin 20,75 kilometr dərinlikdə baş verdiyi müəyyən edilib.
Şəbnəm Mehdizadə
