- 11:10
Türkiyənin Uşak şəhərində plastik torba fabrikində yanğın baş verib.
E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə yerinə yanğınsöndürənlər, polis və təcili yardım işçiləri cəlb olunub.
Tezliklə yayılan alov yanğınsöndürənlər tərəfindən söndürülüb.
Yanğın nəticəsində fabrikə maddi ziyan dəyib.
Yanğının səbəbi hələlik məlum deyil.


Şəbnəm Mehdizadə