- 11:10
Türkiyənin Muğla şəhərinin Milas rayonunda 11 məhəllədə dabaq xəstəliyi səbəbindən karantin rejimi tətbiq edilib.
E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, rəsmilər rayonda fəaliyyət göstərən mal-qara fermasında dabaq xəstəliyi aşkar edildikdən sonra əməliyyatın başladığını açıqlayıb.
Kemikler məhəlləsi "müdafiə zonası" təyin edilib, Ağaclıhöyük, Akyol, Koru, Gökçeler, Ekinnanbarı, Yaka, Güllük, Kıyıkışlacık, Boğaziçi, Dörttepe və Meşelik məhəllələrində isə hərəkət məhdudiyyətləri tətbiq edilib.
Bu prosesin bir hissəsi olaraq, bu məhəllələrdə karantin tətbiq olunacaq. 30 günlük karantin müddətində mal-qara və xırdabuynuzlu heyvanların məhəllələrə girməsinə və ya çıxmasına icazə verilməyəcək.
Şəbnəm Mehdizadə