- 11:10
İndoneziyada şiddətli yağışların səbəb olduğu daşqınlar və torpaq sürüşmələri nəticəsində ölənlərin sayı 950 nəfərə çatıb.
E-huquq.az xəbər verir ki, "Antara" xəbər agentliyinin məlumatına görə, Milli Fəlakətlərə Qarşı Mübarizə Agentliyi ölkədəki təbii fəlakətlərlə bağlı son rəqəmləri açıqlayıb.
Agentliyin məlumatına görə, şiddətli yağışların səbəb olduğu daşqınlar və torpaq sürüşmələri nəticəsində ölənlərin sayı 950-ə çatıb.
Həlak olanlar Açeh, Şimali Sumatra və Qərbi Sumatradan olub.
Bu bölgələrdə itkin düşmüş 389 nəfərin axtarışı davam edir.
Şəbnəm Mehdizadə