- 15:31
Ekvadorda həbsxanada məhbuslar arasında baş verən toqquşmada 9 nəfər ölüb.
E-hquuq.az xarici mətbuata istinadən xəbər verir ki, El Oro əyalətinin Maçala şəhərindəki həbsxanada məhbuslar arasında toqquşma baş verib.
İlkin məlumatlara görə, hadisədə 9 nəfər ölüb.
Məhbusların ailələri xəbəri eşidən kimi həbsxananın yaxınlığında toplaşıb və səlahiyyətlilərdən məlumat almağa çalışıblar.
Hadisə ilə əlaqədar araşdırma aparılır.
Xatırladaq ki, 10 noyabrda eyni həbsxanada məhbuslar arasında toqquşma baş verib və nəticədə 31 nəfər ölüb.
Şəbnəm Mehdizadə