Avstraliyada güclü meşə yanğınlarda 40-dək ev külə döndü


  • 17:12

Avstraliyanın Yeni Cənubi Uels və Tasmaniya ştatlarında baş verən meşə yanğınlarında bir yanğınsöndürən ölüb.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, Yeni Cənubi Uels ştatının rəsmiləri 4 dekabrda ştatın Bulahdelah bölgəsində baş verən meşə yanğınını söndürən 59 yaşlı yanğınsöndürənin ağacın yıxılması nəticəsində xəsarət alaraq həlak olduğunu açıqlayıblar.

Səlahiyyətlilər ştatın 52 fərqli ərazisində yanğınların baş verdiyini, bunlardan 9-nun nəzarətdən çıxdığını və 3500 hektar meşənin yandığını bildiriblər.

Ştatda 20 ev yanaraq külə dönüb. Yanğının təsirinin yaxın günlərdə davam edəcəyi gözlənilir.

Tasmaniya ştatının rəsmiləri həftəsonu sahil qəsəbəsində baş verən yanğınlarda 19 evin dağıldığını, lakin yanğınların söndürüldüyünü bildiriblər.

Hakimiyyət orqanları şəhərə aparan yolların hələ də bağlı olduğunu və sakinlərin evlərinə qayıtmasının təhlükəsiz olmadığını vurğulayıblar.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər