- 8 Dekabr 17:37
Macarıstan Baş naziri Viktor Orbanın Türkiyəyə səfəri çərçivəsində iki ölkə arasında müxtəlif sahələrdə 16 anlaşma imzalanıb.
E-huquq.az xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Macarıstan Baş naziri ilə görüşündən sonra iki ölkə arasında rəsmi sənədlərin imzalanma mərasimi baş tutub.
Mərasimdə informasiya, milli təhlükəsizlik, müdafiə sənayesi, ali təhsil, texnologiya, infrastruktur, ticarət və bir sıra sahələri əhatə edən 16 sənəd imzalanıb.
Qeyd edək ki, Macarıstan Baş naziri V. Orban Türkiyədə rəsmi səfərdədir.