- 14:26
Türkiyədə otel və mehmanxanalarda qonaqlardan şəxsiyyət vəsiqəsinin surəti tələb edilməyəcək.
E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, bu barədə Fərdi Məlumatların Mühafizəsi Qurumu yeni qərar qəbul edib.
Qərara əsasən, mehmanxanalarda şəxsiyyət vəsiqələrinin surətlərinin tələb edilməsi praktikası dayandırılıb.
Qurumun İdarə Heyətinin qərarı "Rəsmi Qəzet"də dərc edilib.
Qeyd edilib ki, din və qan qrupu kimi həssas şəxsi məlumatların köhnə şəxsiyyət vəsiqələrindən kopyalanması açıq-aşkar pozuntudur.
Qərar turizm sektorunda uzun müddətdir müzakirə edilən təcrübəyə son qoymaqla standarta aydınlıq gətirib.
Şəbnəm Mehdizadə