Yaponiyada güclü zəlzələ nəticəsində 34 nəfər yaralanıb


  • 15:03

Yaponiyanın zəlzələ nəticəsində 34 nəfər yaralanıb.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, dünən yerli vaxtla saat 23:15-də Misava şəhərinin şərq sahillərində baş verən 7,5 bal gücündə zəlzələ nəticəsində 34 nəfər xəsarət alıb.

Yaponiya Meteorologiya Agentliyi yaxın günlərdə daha böyük zəlzələlərin baş verə biləcəyini istisna etməyib və əhaliyə xəbərdarlıq edilib.

Yaponiya hökuməti zəlzələ nəticəsində boruların zədələnməsi səbəbindən Aomori və İvate prefekturalarında təxminən 1360 evin susuz qaldığını açıqlayıb.

Təhsil Nazirliyi Aomori ştatında 139 və Hokkaydo prefekturasında 48 məktəbdə dərslərin dayandırıldığını açıqlayıb.

Hokkaydo, Aomori, Miyaqi və Fukusima prefekturalarında atom elektrik stansiyalarında heç bir təhlükə qeydə alınmayıb.

Yaponiyanın Baş naziri Takaichi Sanae zəlzələnin hiss olunduğu bölgələrdəki insanlardan diqqətli olmaları barədə çağırış edib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər