- 16:26
2025-ci ilin noyabr ayı qlobal miqyasda ən isti üçüncü noyabr ayı olub.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Avropa Birliyinin (Aİ) peyk monitorinq sistemi Kopernik İqlim Dəyişikliyi Xidməti (C3S) məlumat yayıb.
Belə ki, ötən ay qlobal səthin orta temperaturu 14,02 dərəcə Selsi səviyyəsində ölçülüb ki, bu da 1991-2020-ci illərin orta göstəricisindən 0,65 dərəcə yüksəkdir.
Cari ilin noyabr ayı 2023-cü ilin noyabrından 0,20 dərəcə soyuq, 2024-cü ilin noyabrından isə 0,08 dərəcə soyuq olub.
Ötən ay səthin orta temperaturu sənayedən əvvəlki 1850-1900-cü illərlə müqayisədə 1,54 dərəcə artıb.
2025-ci ilin yanvar-noyabr ayları arasında orta temperatur 1850-1900-cü illərin orta göstəricisindən 1,48 dərəcə Selsi yuxarı olub.
Şəbnəm Mehdizadə