Hindistanın ən böyük aviaşirkətində 500 uçuş ləğv edilib


  • 16:01

Hindistanın ən böyük hava yolu şirkəti InterGlobe Aviation (IndiGo) daxili əməliyyat problemləri səbəbindən bu gün 500 uçuşu ləğv edib.

E-huquq.az "India Today"a istinadən xəbər verir ki, Mülki Aviasiya Nazirliyi bu problemlərə görə aviaşirkətin qış cədvəlində 5% azalma etməsinə dair göstəriş verib.

Nazir Ram Mohan Naidu bildirib ki, ləğv olunan uçuşlar kompensasiya ediləcək.

Avidaşıyıcının son günlərdə ümumilikdə 1000-dən çox uçuşu ləğv edib.

Əsas səbəblər arasında ekipaj çatışmazlığı, texniki nasazlıqlar və hava limanlarında sıxlıq göstərilir.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər