- 17:50
Türkiyənin İzmir şəhərində Bornova rayonunda metro qəzası baş verib.
E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, qatar Bornova Stansiyasında naməlum səbəbdən relsdən çıxıb.
Qatardakı sərnişinlər təxliyə edilib.
Nasazlığı aradan qaldırmaq üçün Bornova və regional stansiyalar bağlanıb.
Stansiyalara gələn sərnişinlər avtobus dayanacaqlarına yönləndirilib.
Şəbnəm Mehdizadə