Rusiyanın İvanovo vilayətində qəzaya uğrayan "An-22" təyyarəsindəki bütün heyət üzvləri həlak olub.
E-huquq.az xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsi məlumat yayıb.
Rusiya İstintaq Komitəsinin hərbi istintaq orqanları hadisə ilə bağlı cinayət işi açıb. Cinayət işi uçuşa hazırlıq qaydalarının pozulması ilə bağlı açılıb.
Hadisə sınaq uçuşu zamanı baş verib. An-22 təyyarəsi İvanovo vilayətinin İvankovo kəndi yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsində yalnız heyət üzvləri olub.
***
16:26
Rusiyanın İvanovo bölgəsində "An-22" hərbi nəqliyyat təyyarəsi qəzaya uğrayıb.
E-huquq.az xarici KİV-əm istinadən xəbər verir ki, Rusiya Müdafiə Nazirliyi "An-22" hərbi nəqliyyat təyyarəsinin təmirdən sonra sınaq uçuşu zamanı İvanovo bölgəsində təcrid olunmuş bir ərazidə qəzaya uğradığını açıqlayıb.
Məlumatda axtarış-xilasetmə qruplarının hadisə yerinə göndərildiyi və təyyarənin heyətinin taleyinin bəlli olmadığı qeyd edilib.
Bildirilib ki, təyyarənin qəzaya uğrama səbəbi araşdırılacaq.
Rusiya mediası təyyarədə yeddi nəfərin olduğunu bildirir.
Şəbnəm Mehdizadə
