- 17:50
ABŞ-də yanvar ayından bəri 85 min viza ləğv edilib.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin rəsmisi məlumat verib.
Bu rəqəmin ötən illə müqayisədə iki dəfə çox olduğu bildirilir. Ləğv edilən vizalar arasında 8000-dən çox tələbə vizası var.
Rəsmilər bildiriblər ki, bu, Tramp administrasiyasının həyata keçirdiyi siyasətin bir hissəsidir.
Xatırladaq ki, dövlət katibi Marko Rubio may ayında əcnəbi vətəndaşlara viza məhdudiyyətlərinin tətbiq ediləcəyini açıqlamışdı.
İyun ayında səfirliklərə və konsulluqlara tələbə vizası üçün müraciət edənlərin xüsusi nəzərdən keçirilməsi tapşırılıb.
Dövlət Departamentinin viza ləğvi ilə yanaşı, Daxili Təhlükəsizlik Departamenti də saxlanma və deportasiya əməliyyatlarını artırıb.
Şəbnəm Mehdizadə