- 17:50
İspaniyada hovuza güclü dalğanın çırpılması nəticəsində dörd nəfər həyatını itirib.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, Tenerife adasındakı təbii hovuzda güclü dalğa beş nəfəri okeana sürükləyib. Dörd nəfərin meyiti tapılıb, bir nəfərin axtarışı isə davam edir.
Hadisə adanın cənub sahilində, Los Gigantes kurortunda baş verib. Axtarış-xilasetmə əməliyyatına reaktiv xizəklər və vertolyotlar cəlb olunub.
Yerli media bildirir ki, hadisə baş verən vaxt dənizdə güclü dalğa olacağı barədə xəbərdarlıq qüvvədə olub və hovuz 3 dekabrdan etibarən üzgüçülük üçün bağlı elan edilib. Buna baxmayaraq, hadisə iştirakçıları təhlükə xəbərdarlıqlarına və ərazini bağlayan işarə və maneələrə məhəl qoymayaraq hovuza daxil olublar.
Şəbnəm Mehdizadə