- 17:50
Türkiyənin Antalya şəhərində vəkil hücuma məruz qalıb.
E-huquq.az "Hukuki Haber"ə istinadən xəbər verir ki, Antalya Vəkillər Kollegiyasının üzvü Alperen Mücahit Korkmaz vəkil kimi çıxdığı məhkəmə işində qarşı tərəfi təmsil edən şəxslərin hücumuna məruz qalıb.
Belə ki, hücum edən şəxslər vəkilə qarşı bibər qazından istifadə ediblər. Daha sonra onu bıçaqla yaralayıb və işlə bağlı sənədləri ələ keçirərək məhv ediblət.
Hücumda şübhəli bilinən şəxslər hüquq-mühafizə orqanları tərəfindən saxlanılaraq həbs edilib.
Hadisə ilə bağlı araşdırma aparılır.
Şəbnəm Mehdizadə