İzmirdə 21 qanunsuz miqrant saxlanılıb


  • 10:36

Türkiyənin İzmir şəhərində 21 qanunsuz miqrant saxlanılıb.

E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, bu barədə məlumat Sahil Mühafizəsi Komandanlığının internet saytında yer alır.

Məlumata görə, İzmirin Güzelbahçe rayonunda bir qrup qeyri-qanuni miqrantın olduğu müəyyən edilib.

Bölgəyə göndərilən qruplar biri uşaq olmaqla 21 miqrantı və miqrant qaçaqmalçısını yaxalayıb.

Miqrantlar Miqrasiya İdarəsinə göndərilib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər