Mənzildə partlayış baş verdi, 1 nəfər yaralandı


  • 10:40

Türkiyənin Niğde şəhərində mənzildə artlayış baş verib.

E-huquq.az "TRT haber"ə istinadən xəbər verir ki, Niğdenin Səlcuq məhəlləsində 4 mərtəbəli binanın birinci mərtəbəsində yerləşən mənzilin mətbəxində partlayış baş verib.

Hadisə yerinə təcili tibbi yardım, yanğınsöndürmə, polis qrupları cəlb edilib.

Partlayış zamanı mətbəxdə olan və yüngül bədən xəsarətləri alan şəxsə tibbi yardım göstərilib.

Hadisə nəticəsində mənzilə yüngül ziyan dəyib.

Partlayışın təbii qaz sızması nəticəsində baş verdiyi müəyyən edilib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər