- 11:26
ABŞ-yə məxsus iki qırıcı təyyarə Venesuela hava məkanı yaxınlığında görüntülənib.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, uçuş izləmə məlumatlarına görə, iki F/A-18 döyüş təyyarəsi Venesuela hava məkanı yaxınlığında 30 dəqiqədən çox uçuş həyata keçirib.
ABŞ müdafiə rəsmisi iki F/A-18-in bölgədə təlim uçuşu həyata keçirdiyini bildirib.
O əlavə edib ki, təyyarə uçuş boyu beynəlxalq hava məkanında qalıb və təxribat məqsədi daşımayıb.
Şəbnəm Mehdizadə