"Google" süni intellektlə işləyən iki yeni təqdim edəcək


  • 11:09

Google süni intellektlə işləyən ağıllı eynək bazarına yenidən daxil olmaq istəyir.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir kİ. 2013-cü ildə təqdim edilən "Google Glass" böyük marağa səbəb olsa da, məhsul dizayn və məxfilik problemlərinə görə tez bir zamanda bazardan geri çəkildi.

Şirkət indi hazırlanan yeni nəsil ağıllı eynəklərin daha sadə dizayna sahib olacağını və süni intellekt sistemləri, xüsusən də "Gemini" ilə inteqrasiya edəcəyini açıqlayıb.

Məhsul çeşidi iki modeldən ibarət olacaq. Bir model ekransız olacaq və yalnız süni intellekt dəstəyi təklif edəcək, digəri isə eynəyin özlərindəki ekran vasitəsilə məlumatları göstərəcək.

İlk modelin 2026-cı ildə buraxılacağı bildirilib lakin texniki xüsusiyyətlərlə bağlı təfərrüatlar barədə məlumat verilməyib.

"Counterpoint Research"in məlumatlarına görə, 2025-ci ilin birinci yarısında süni intellektlə işləyən eynəklərin satışı illik müqayisədə 250%-dən çox artıb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər