- 16:35
Türkiyənin Diyarbəkir şəhərində sıx duman səbəbindən yollarda görünüş məsafəsi azalıb.
E-huquq.az "TRT haber"ə istinadən xəbər verir ki, ötən gecədən şəhərdə müşahidə edilən duman bu gün səhər saatlarında daha da güclənib.
Sürücülərə magistral yollarda məsafələ saxlamaları barədə xəbərdarlıq edilib.
Həmçinin bəzi uçuşlar təxirə salınıb.
Şəbnəm Mehdizadə