- 16:35
Türkiyənin Kırıkkale şəhərində fabrikdə yanğın baş verib.
E-huquq.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, Yahşihan rayonunda yerləşən və sürtkü yağları istehsal edən fabrikdə naməlum səbəbdən yanğın başlayıb.
Məlumatdan sonra əraziyə çoxlu sayda yanğınsöndürmə briqadası göndərilib.
Hazırda yanğınsöndürənlər alovun söndürməyə çalışırlar.
Kırıkkale valisi Mehmet Makas hadisə yerinə olub.
O bildirib ki, hadisə nəticəsində ölən və yaralanan olmayıb.
Şəbnəm Mehdizadə